Ova gedən Masallı sakini "ovlandı"

Ova gedən Masallı sakini "ovlandı"
  19 Noyabr 2020    Oxunub:2342
Masallı Rayon Polis Şöbəsinə noyabrın 17-də saat 23 radələrində Babaser kəndi ərazisində qanunsuz ov edən kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Nərimanzadənin ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə həmkəndlisi A.Dadaşovun qarın nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Ə.Nərimanzadədən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti