“Bəyanatı şübhə altına almaq cəhdləri qəbuledilməzdir” - Lavrov

“Bəyanatı şübhə altına almaq cəhdləri qəbuledilməzdir” -  Lavrov
  21 Noyabr 2020    Oxunub:2261
Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabrda Dağlıq Qarabağla bağlı bəyanatını şübhə altına almaq cəhdləri qəbuledilməzdir.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistana səfərinin yekunlarına dair açıqlamasında bildirib.

XİN rəhbəri deyib ki, əsas diqqət Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması, sülhməramlı missiya və digər məsələləri əhatə edən üçtərəfli bəyanatın tam şəkildə və dəqiq yerinə yetirlməsinə yönəlib.

“Bu bəyanatın yalnız ölkə daxilində deyil, xaricdə də şübhə altına alınması cəhdlərinin qəbuledilməz olduğu yekdilliklə qeyd olundu”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ   Lavrov   Rusiya   XİN  





Xəbər lenti