Koronavirusa yoluxanlar üçün 25 xəstəxana ayrılıb

  26 Noyabr 2020    Oxunub : 2111
Koronavirusa yoluxanlar üçün 25 xəstəxana ayrılıb
Koronaviruslu xəstələrin müalicəsi üçün 25 pandemik xəstəxana ayrılıb.
Bu barədə Azvision.az -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış məlumat verib. O bildirib ki, COVID-19 xəstələri üçün ayrılan xəstəxanalar həm Bakı, həm də regionlar üzrə fəaliyyət göstərir.

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 102 min 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 66 min 963 nəfər müalicə olunaraq sağalıb, 1224 nəfər vəfat edib. Aktiv xəstə sayı 34209 nəfərdir.

Aytən Zəhra
Azvision.az

Teqlər: COVID-19   Xəstəxana