Kilsə və sneqoqlarda da şəhidlərin xatırəsi anıldı

 Kilsə və sneqoqlarda da şəhidlərin xatırəsi anıldı
  04 Dekabr 2020    Oxunub:2751
Azərbaycandakı kilsə və sneqoqlarda Vətən müharibəsi şəhidlərinin xatırəsi anılıb.
Azvision.az -ın məlumatına görə, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete bildirib ki, kədərli, eyni zamanda əzəmətli gündə müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərinin xatirəsini birgə yad edirlər.

“Azərbaycandakı Katolik Kilsəsi Azərbaycan hakimiyyətinə, şəxsən cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəyə və digər dini icmaların liderlərinə bizim ölkənin bütün uğurlarının qarantı olan xalqın birliyinin qorunması və möhkəmlənməsində müstəsna rol oynadıqlarına görə minnətdarlığını ifadə edir”, - deyə Vladimir Fekete vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycanın bütün şəhər və rayonlarındakı məscidlərdə, kilsə və sinaqoqlarda Vətən müharibəsi şəhidlərinin anma mərasimləri keçirilir.

Azvision.az



Teqlər: Kilsə  





Xəbər lenti