“Azəriqaz” ASAN-da hansı xidmətləri təklif edir? - SİYAHI

“Azəriqaz” ASAN-da hansı xidmətləri təklif edir? - SİYAHI
  10 Fevral 2014    Oxunub:3987
Fevral ayından başlayaraq, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi (İB) abonentlərə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində xidmətlərini təklif edəcək.
“Azəriqaz” İB-dən AzVision.az-a verilən məlumata görə, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində bir neçə xidmətlər vətəndaşlara təklif olunacaq.

Həmin xidmətlər aşağıdakılardır:

- İtirilmiş smart kartın bərpası
- Artıq qeydiyyatda olan və yerli Qaz İstismar Sahəsində təsdiq olunmuş məcburi köçkün abonentlərinin limitlərinin verilməsi
- Saldoların çap olunması və borc haqqında məlumatın verilməsi
- Smart tipli sayğaclardan istifadə edən abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi
- Smart tipli sayğacların istismarı ilə bağlı məlumatın verilməsi

Qeyd edək ki, bütün xidmətlər yalnız “İTRON-SOCAR” sayğaclarından istifadə edən abonentlər üçün nəzərdə tutulur. Gələcəkdə isə xidmətlərin əhatə dairəsi genişləndirilərək Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən “ASAN xidmət” mərkəzlərini əhatə edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti