Türkiyə ordusunun kapitanı şəhid olub - FOTO

 Türkiyə ordusunun kapitanı şəhid olub -  FOTO
  11 Fevral 2021    Oxunub:3030
Türkiyə ordusunun İraqın şimalındakı Qara bölgəsində başlatdığı “Pəncə Qartal-2” adlı antiterror əməliyyatında yaralanan kapitan Ertuğ Güler şəhid olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbçi fevralın 10-da terrorçularla qarşıdurma zamanı yaralanıb, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Nazir Hulusi Akar şəhdin ailəsinə başsağlığı verib: "Qəhrəman şəhidimizə Allahdan rəhmət diləyir, ailəsinə və millətimizə başsağlığı verir, səbr arzulayıram".

Xatırladaq ki, dünənki əməliyyatda 2 türk əsgərinin şəhid olduğu, 4 əsgərin yaralandığı bildirilirdi.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Şəhid  





Xəbər lenti