Zaur Əliyevə peyvəndin ikinci dozası vuruldu - FOTO

  15 Fevral 2021    Oxunub : 2178
 Zaur Əliyevə peyvəndin ikinci dozası vuruldu -  FOTO
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevə M.Ə.Əfəndiyev adına 2 nömrəli şəhər klinik xəstəxanasında koronavirusa qarşı peyvəndin ikinci dozası vurulub.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Agentlikdən məlumat verilib. Bildirilib ki, Zaur Əliyev bu gün saat 12:00-da peyvənd olunub. O, vaksinasiyadan sonra özünü yaxşı hiss edir, səhhəti normaldır.

Agentlik sədrinə peyvəndin ilk dozası yanvarın 18-də Bakı Sağlamlıq Mərkəzində vurulmuşdu.

Xatırladaq ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlanılıb. İlk növbədə tibb işçiləri peyvənd olunub. Bu gün isə səhiyyə işçilərinə peyvəndin ikinci dozasının vurulmasına start verilib.





Aytən Zəhra
Azvision.az

Teqlər: Zaur-Əliyev   Peyvənd