“Sosial şəbəkələr Trampın dönüşünə icazə verməlidir” - Bill Qeyts

“Sosial şəbəkələr Trampın dönüşünə icazə verməlidir” -  Bill Qeyts
  19 Fevral 2021    Oxunub:1761
“Microsoft” şirkətinin qurucusu Bill Qeyts hesab edir ki, sosial şəbəkələr ABŞ-ın keçmiş prezidenti Donald Trampın geri dönməsinə icazə verməlidirlər.
Azvision.az xəbər verir ki, bu barədə o, “CNBC”yə müsahibəsində bildirib.

"Düşünürəm ki, nə vaxtsa onun geri dönməsinə icazə veriləcək və icazə verilməlidir”, - Qeyts deyib.

Eyni zamanda Qeyts yaxın illərdə insanların Trampın dediklərinə marağının azala biləcəyini düşünür.

Xatırladaq ki, yanvarın 6-da tərəfdarlarının Kapitoliyə basqın cəhdindən sonra sosial şəbəkələr Trampın hesablarını bloklayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DonaldTramp  





Xəbər lenti