“Peyvənddən sonra özümü yaxşı hiss edirəm” - Yunus Oğuz

 “Peyvənddən sonra özümü yaxşı hiss edirəm” -  Yunus Oğuz
  23 Fevral 2021    Oxunub:2294
"61 yaşım var. Bu gün mən də peyvənd olundum, hazırda özümü yaxşı hiss edirəm"
Azvision.az xəbər verir ki, bunu yazıçı-publisist, Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz deyib. O bildirib ki, Azərbaycan əhalisinin sağlamlığı üçün vaksinasiya vacibdir.

"Vaksinasiya prosesi normal gedir. Dövlətin bu sahədə əhali üçün etdiyi cəhdlər təqdirəlayiqdir. Peyvənd hər kəs üçün vacibdir", - deyə Yunus Oğuz vurğulayıb.

Qeyd edək ki, bu gündən ölkədə siyasi partiyaların nümayəndələrinin vaksinasiyasına başlanılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vaksinasiya   Partiya  





Xəbər lenti