“Ter-Petrosyan iki dəfə yaxşı qaçış nümunəsi göstərib” - Paşinyan

“Ter-Petrosyan iki dəfə yaxşı qaçış nümunəsi göstərib” -   Paşinyan
  20 Mart 2021    Oxunub:2330
Ermənistanın baş naziri Nikol Paşinyan ona ölkədən qaçmağı məsləhət görən eks-prezident Levon Ter-Petrosyana cavab verib.
Azvision.az xəbər verir ki, o, bu gün Araqaçotn bölgəsinə səfəri zamanı çıxış edərkən ölkənin ilk prezidentinin qalmaqallı açıqlamasına da toxunub. Baş nazir deyib ki, Ter-Petrosyan öz karyerasında iki dəfə çox yaxşı qaçış nümunəsi göstərib.

“Levon Ter-Petrosyan deyir ki, baş nazir Ermənistanı tərk edib, başqa bir ölkədə sığınacaq tapacaq. Anlamadım. Ter-Petrosyan siyasi karyerası boyunca iki dəfə çox yaxşı bir qaçış nümunəsi göstərdi. Mən ölkədən qaça biləcək bir insana bənzəyirəm? Əgər insanlar məni güllələyəcəklərinə qərar verməli olsalar, atəş önündə-divarın qarşısında dik dayanacağam. Heç kim düşünməsin ki, insanların verdiyi hər hansı qərardan qaçacağam. Bunu etmək hüququnuz var. Qoy qaçaqlar qaçmağı düşünsünlər. Ancaq bütün bunlar o qədər də vacib deyil. Əsas odur ki, gələcək haqqında danışaq. Bundan sonra nə edəcəyik?".

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Eks-prezident   Ermənistan  





Xəbər lenti