İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında - VİDEO

  12 May 2021    Oxunub :2768
  İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında -  VİDEO
Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada “Xan qızı” bulağında olublar.

Azvision.az xəbər verir ki, dövlətimizin başçısı və ailə üzvləri bulağın suyundan içiblər.
Prezident İlham Əliyev deyib:

“Xan qızı Natəvan” bulağını bərpa etmişik. Keçən dəfə yanvar ayında Şuşada olarkən demişdim ki, Natəvan bulağını bərpa edəcəyik. Yenə də bulaq Şuşa sakinlərinin, qonaqların sərəncamına veriləcəkdir. Mənfur düşmən bu bulağı qurutmuşdu, bütün bulaqları qurutmuşdu. Bu da onu göstərir ki, Şuşa həmişə ermənilər üçün yad şəhər olub. İndi isə Şuşa dirçəlir və Şuşanın rəmzlərindən biri olan “Xan qızı” bulağı bərpa edilib. Bu gün bu bulaqdan su içmişəm.





Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Şuşa   Festival