Bakıda ən çox yoluxma bu rayonlardadır

 Bakıda ən çox yoluxma bu rayonlardadır
  27 May 2021    Oxunub:1168
Bakı şəhəri üzrə ən çox yoluxma halları Binəqədi, Xətai və Yasamal rayonlarında qeydə alınıb.

Azvision.az xəbər verir ki, paytaxt üzrə yoluxanların 14,6 faizi Binəqədidə aşkarlanıb. 13,4 faizi Xətai, 12,2 faizi Yasamal rayonunun payına düşür.
Bundan əlavə, yoluxma hallarının 11,2 faizi Sabunçu, 7,9 faizi Nəsimi, 8,2 faiz isə Nərimanov rayonlarında qeydə alınıb. Həmçinin, yoluxma hallarının 7,9 faizi Nizami, 7,2 faizi Xəzər, 4,5 faizi Qaradağ, 5,0 faizi Səbail rayonlarında müəyyən edilib.

Bakı şəhəri üzrə ən az yoluxma halı Pirallahı rayonunda olub.

Azvision.az


Teqlər: Bakı   Koronavirus   Yoluxma  





Xəbər lenti