“Ermənistanı olduqca ağır günlər gözləyir” - Ter-Petrosyan

   “Ermənistanı olduqca ağır günlər gözləyir” -    Ter-Petrosyan
  28 May 2021    Oxunub:1305
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın və sabiq prezident Robert Koçaryanın tərəfdarları arasında kəskin antaqonizm mövcuddur. Ziddiyyətlərin kəskinləşməsi daha ağır nəticələrə səbəb olacaq.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib.

Onun sözlərinə görə, Ermənistanda daxili siyasət partlayış təhlükəsi yaradıb. Cəmiyyət vətəndaş müharibəsi ilə üz-üzədir: “Əgər Paşinyan və Koçaryan tərəfdarları arasındakı düşmənçilik dayanmasa, nəyin olacağını təsəvvür etmək dəhşətlidir. Hər iki tərəf ölüm və qalım məsələsini həll edir”.

Ter-Petrosyanın fikrincə, Ermənistan üçün parlament idarəçilik üsulu ölkənin məhv olacağını göstərir və hökmən prezident idarəçiliyi sisteminə qayıtmaq lazımdır. O, üçüncü prezident Serj Sarkisyanın parlament sisteminə keçidini ən böyük səhv adlandırıb.

“Ermənistanı olduqca ağır günlər gözləyir”, - deyə Petrosyan vətəndaşlara xəbərdarlıq edib.

Azvision.az


Teqlər: Ter-Petrosyan  





Xəbər lenti