Erməni zabit sərxoş vəziyyətdə qəza törətdi

   Erməni zabit sərxoş vəziyyətdə qəza törətdi
  01 İyun 2021    Oxunub:1090
Ermənistan ordusunun sərxoş zabiti qəza törədib.

Azvision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb. Qeyd olunub ki, Ermənistan ordusunun artilleriya alayının zabiti Gevork Petrosyan dostları ilə birgə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə qəza törədib.
Hadisə nəticəsində zabitin özü və iki mülki şəxs xəsarət alıb. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Faktla bağlı hərbi polis tərəfindən araşdırma davam edir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Ermənistan   Ordu   Zabit  





Xəbər lenti