ÜST: “Sinovac” təhlükəsiz və effektivdir

      ÜST:    “Sinovac” təhlükəsiz və effektivdir
  01 İyun 2021    Oxunub:1111
Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu gün "Sinovac-CoronaVac" COVID-19 peyvəndini fövqəladə hallarda istifadə üçün təsdiqləyib.
Azvision.az -ın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatınin Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, yeni qərar peyvəndin beynəlxalq təhlükəsizlik, effektivlik və istehsal standartlarına cavab verməsinin göstəricisidir.

ÜST tərəfindən indiyə qədər "Pfizer/BioNTech", "Astrazeneca-SK Bio, Serum Institute of India", "Astra Zeneca EU", "Janssen", "Moderna" və "Sinopharm" peyvəndləri fövqəladə hallarda istifadə üçün təsdiqlənib.

Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən həyata keçirilən vaksinasiya prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndindən də istifadə olunur.

Oxşar mövzu:

ÜST “Sinovac” peyvəndini təcili istifadə üçün təsdiqlədi

Azvision.az


Teqlər: ÜST   Vaksin  





Xəbər lenti