Azərbaycan və Rusiya arasında məsləhətləşmələr keçirildi

   Azərbaycan və Rusiya arasında məsləhətləşmələr keçirildi
  03 İyun 2021    Oxunub:779
Bu gün Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenkonun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən siyasi məsləhətləşmələrdə ikitərəfli strateji tərəfdaşlıq gündəliyinin məsələləri əsas müzakirə mövzusu olub.

Həmçinin tərəflər, bölgədəki cari vəziyyət və baş verən son proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

Siyasi məsləhətləşmələrdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Azvision.az


Teqlər: XİN   Azərbaycan   Rusiya  





Xəbər lenti