“Oxçuçay daha çox çirklənməyə məruz qalıb” - Nazir müavini

   “Oxçuçay daha çox çirklənməyə məruz qalıb” -    Nazir müavini
  04 İyun 2021    Oxunub:961
Ermənistan ərazisindən keçən dörd transərhəd çayımızda müharibədən sonra aparılan monitorinq işləri və götürülən su nümunələrinin nəticələri göstərir ki, çirklənmə normadan çox yüksəkdir.
Azvision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. Onun sözlərinə görə, Oxçuçay daha çox çirklənməyə məruz qalıb.

"Bu çayın yaxınlığında yerləşən iki mədənin çirkab suları oraya axıdılır. Həmin çayın biomüxtəlifliyi tam məhv olma ərəfəsindədir".

V.Kərimov bildirib ki, işğal nəticəsində su ehtiyatlarına da ciddi ziyan dəyib və proses davam edir.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Çay  





Xəbər lenti