“Ermənistanla Azərbaycan arasında danışıqlar vacibdir” - Səfir

 “Ermənistanla Azərbaycan arasında danışıqlar vacibdir” -  Səfir
  07 İyun 2021    Oxunub:889
Ermənistanla Azərbaycan arasında birbaşa danışıqların aparılması vacib olaraq qalır.
Azvision.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Tvitter hesabında yazıb.

“İyunun 5-də Kəlbəcər rayonunda mina partlaması nəticəsində jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun faciəli şəkildə həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verdim. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən müzakirə edilmiş və münaqişənin həllinə kömək etmək üçün yaradılan ATƏT-in Minsk Qrupu hələ də üstünlük təşkil edir. Almaniya Minsk Qrupunun üzvü olaraq həmsədrləri və onların mandatlarını yerinə yetirməsini dəstəkləyir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VolfqanqManiq  





Xəbər lenti