Ermənistan XİN başsız qaldı: bütün müavinlər istefa verdi

  07 İyun 2021    Oxunub :504
 Ermənistan XİN başsız qaldı:  bütün müavinlər istefa verdi
Ermənistan xarici işlər nazirinin bütün müavinləri vəzifələrindən istefa veriblər.
Azvision.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti rəsmi məlumat yayıb.

Bildirilib ki, istefa ərizələri ötən həftə baş nazirin ofisinə təqdim olunub.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan mayın 27-də istefa verib. Onun ardınca nazir müavini Qaqik Qalaçyan və mətbuat katibi Anna Naqdalyan da vəzifələrini tərk ediblər.

Azvision.az

Teqlər: Ermənistan   XİN   İstefa