San-Pauluda Ermənistana qarşı etiraz aksiyası keçirilib - FOTO

  10 İyun 2021    Oxunub :394
San-Pauluda Ermənistana qarşı etiraz aksiyası keçirilib -    FOTO
Braziliyanın San-Paulu şəhərində yaşayan ictimai fəal Andreia Hirominin təşəbbüsü ilə Ermənistanın bu şəhərdəki fəxri konsulluğu qarşısında etiraz aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a bildiriblər ki, aksiyanın məqsədi Ermənistanın mina xəritələrini Azərbaycan dövlətinə təhvil verməkdən imtina etməsinə, Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun mina partlayışı nəticəsində həlak olmasına diqqəti çəkmək olub.



Azərbaycan və Braziliyanın dövlət bayraqları ilə aksiyaya qatılan bir qrup San-Paulu sakini azərbaycanlı jurnalistlərin fotolarını və Ermənistanın mina cinayətlərini əks etdirən posterləri nümayiş etdiriblər. A.Hiromi bildirib ki, mina xəritələrini təqdim etməsi barədə Azərbaycanın israrlı tələblərinə Ermənistan məhəl qoymur. Aksiya iştirakçıları braziliyalıların Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiklərini bəyan ediblər.



Eyni zamanda A.Hiromi və ictimai fəalın tərəfdarları Ermənistanın yolverilməz davranışına etirazı əks etdirən posterləri San-Paulu şəhərinin ictimai yerlərində, o cümlədən Ermənistan konsulluğu qarşısında yerləşdirilməsi kampaniyasını gerçəkləşdiriblər. Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın xalqımıza qarşı törətdiyi hərbi cinayətlər və təxribatlar barədə ətraflı məlumat verilib.



Azvision.az

Teqlər: