Türkiyəli rəsmilər Qarabağda faktaraşdırıcı missiya həyata keçirəcək
İyunun 29-da Ombudsman Səbinə Əliyeva və Aparatın bir qrup əməkdaşı TİHEK nümayəndə heyəti ilə birgə Fəxri xiyaban, Şəhidlər xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət ediblər.
Əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət edilib, xatirəsinə ehtiram ifadə olunub. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət edərək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə dərin ehtiramlarını bildiriblər. Səfər barədə ictimaiyyətə geniş məlumat veriləcəkdir.
Azvision.az