“Heç mənə lazım da deyil”: Tramp özünün sosial şəbəkəsini yaradır

   “Heç mənə lazım da deyil”:    Tramp özünün sosial şəbəkəsini yaradır
  02 İyul 2021    Oxunub:2182
ABŞ-ın eks-prezidenti Donald Trampın komandası yeni sosial şəbəkə yaradır. Platformanın yaydığı bəyanatda bildirilir ki, o, sosial şəbəkə bazarında monopoliyaya son qoymağa çalışaraq, "həqiqi söz azadlığının" və "sağlam fikrin" yayılmasına dəstək verəcək.
Azvision.az “Politico”ya istinadla xəbər verir ki, “Gettr” adlanan sosial şəbəkəyə Trampın keçmiş mətbuat katibi Ceyson Miller rəhbərlik edəcək. Hələ ki “Gettr”da praktik olaraq heç nə yoxdur.
Sosial şəbəkədə qeyri-etik paylaşım edənlər saxlanılıb

Yada salaq ki, hazırda Trampın feysbukdan istifadə etmək imkanı əlindən alınıb. Sosial şəbəkə keçmiş prezidenti 2023-cü ilin yanvarında blokdan çıxaracağını bəyan edib. Trampın özü bu hərəkəti “ABŞ üçün rəzalət” hesab edir.

Twitter, Instagram, Snapchat və Twitch də həmçinin, Trampın öz platformalarından istifadəsini yasaqlayıblar.

Samir Quliyev
Azvision.az



Teqlər: Sosial-Şəbəkə  





Xəbər lenti