"Şuşada olmaq şərəfdir" - İsrail səfiri

   "Şuşada olmaq şərəfdir" -    İsrail səfiri
  10 İyul 2021    Oxunub:1036
İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Çox şadıq ki, Azərbaycan ərazi bütövlüyünü öz gücü ilə artıq bərpa edib.

Azvision.az xəbər verir ki, bunu Şuşada səfərdə olan İsrail Dövlətinin Azərbaycandakı səfiri Corc Dik deyib.
Səfir vurğulayıb ki, Şuşada olmaq onun böyük şərəfdir. “2019-cu ilin sonunda Azərbaycana gələndə düşünməzdim ki, belə tezliklə Şuşada ola bilərəm. Bu gün biz burdayıq. Şuşada olmağıma, bu tarixi şəhərə səfər etməyimə görə çox şadam”, - deyə diplomat qeyd edib.

Azvision.az


Teqlər: Şuşa   İsrail  





Xəbər lenti