Qani söz verdi: “Üç aya “Taliban” məğlub ediləcək”

      Qani söz verdi:    “Üç aya “Taliban” məğlub ediləcək”
  14 İyul 2021    Oxunub:1117
“Ölkədəki təhlükəsizlik qarşıdakı üç ayda daha da möhkəmlənəcək”.
Azvision.az xəbər verir ki, bunu Əfqanıstan Prezidenti Əşrəf Qani bəyan edib. Onun sözlərinə görə, üç ay ərzində “Taliban” məğlub ediləcək və yaraqlıların ələ keçirdikləri bütün ərazilər geri qaytarılacaq.

Qeyd edək ki, Əfqanıstan Silahlı Qüvvələri ilə “Taliban” qruplaşması arasında atışmalar nətisəsində son 24 saatda 191 silahlı ölüb, 154-ü yaralanıb. Məlumata görə, qruplaşma üzvləri Paktiya, Qəznə, Host, Qəndəhar, Herat, Fərəh, Gilmənd, Nimroz və Tahar əyalətlərində gedən döyüşlərdə zərərsizləşdirilib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti