ABŞ kəşfiyyatının rəhbəri "Taliban"la məxfi görüş keçirib

ABŞ kəşfiyyatının rəhbəri "Taliban"la məxfi görüş keçirib
  24 Avqust 2021    Oxunub:892
ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) rəhbəri Uilyam Berns Kabildə “Taliban” hərəkatının siyasi qanadının lideri Abdul Qani Baradar ilə məxfi görüş keçirib.
Azvision.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazıb.

Qeyd edilib ki, bu, yaraqlıların Əfqanıstanın paytaxtını ələ keçirməsindən sonra “Taliban”la Bayden administrasiyası rəsmisi arasında ən yüksək səviyyəli görüşdür.

Tərəflərin ABŞ-ın Əfqanıstandan qoşunlarının çıxarılması, vətəndaşlarının və onlara kömək edən əfqanların təxliyəsi üçün 31 avqusta qədər verilmiş vaxtın uzadılması məsələsini müzakirə etdikləri ehtimal olunur.

Görüş dünən baş tutub.

Nəşr Baradarın 11 il əvvəl məhz CIA və Pakistan agentləri tərəfindən saxlanılaraq 8 il həbsxanada yatdığını xatırladıb. Sonra isə Baradar Qətərdə ABŞ-la danışıqlar apardı.

Azvision.az



Teqlər: ABŞ   Taliban  





Xəbər lenti