Ermənistanda artilleriya zabiti həbs edildi
Qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixində, Ermənistan hökumətinin elan etdiyi hərbi vəziyyət zamanı artilleriya diviziyasına cavabdeh olan zabit şəxsi maraqlarını üstün tutaraq, öz həyatını qorumaq üçün hərəkətsizlik nümayiş etdirib. Bunun ağır nəticələrə səbəb olduğu aparılmış hərtərəfli istintaq zamanı sübut edilib.
Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə zabitə ittiham irəli sürülüb.
Məhkəmə istintaq orqanının vəsatətini təmin edərək 28 avqustda hərbçinin həbsi barədə qərar verib.
Azvision.az
Teqlər: Ermənistan Hərbçi Həbs