"ABŞ-ın Əfqanıstandakı fəaliyyətinin nəticəsi faciədir" - Putin

   "ABŞ-ın Əfqanıstandakı fəaliyyətinin nəticəsi faciədir" -    Putin
  01 Sentyabr 2021    Oxunub:858
"ABŞ-ın Əfqanıstandakı 20 illik missiyası, öz standartlarını tətbiq etməyə çalışması yalnız faciələrə və itkilərə gətirib çıxardı".
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"İyirmi il Amerika qoşunları Əfqanıstanda oldu və bu müddət ərzində əslində öz normalarını və standartlarını tətbiq etməyə çalışırdılar. Nəticə birdir - faciələr, itkilər. Dövlətlər digər ölkələrə mədəni bir şəkildə yardım göstərməlidirlər, kənardan heç nə tətbiq oluna bilməz", - Rusiya lideri əlavə edib.

Azvision.az



Teqlər: Əfqanıstan   Rusiya  





Xəbər lenti