Gorus-Qafan yolu ilə Azərbaycana keçən iranlı sürücülər saxlanılıb

   Gorus-Qafan yolu ilə Azərbaycana keçən iranlı sürücülər saxlanılıb
  15 Sentyabr 2021    Oxunub:1014
Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Azvision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, Ehsan Zahidov bildirib. Onun sözlərinə görə, həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti