Tonoyanın "üfiqi əlaqəsi": Keçmiş nazir niyə dindirilmir?

  28 Sentyabr 2021    Oxunub :326
  Tonoyanın "üfiqi əlaqəsi":    Keçmiş nazir niyə dindirilmir?
Azərbaycanın qələbəsi ilə yekunlaşan İkinci Qarabağ müharibəsinin ildönümü Ermənistanda daha çox ittihamlarla qeyd edilir. Keçmiş məmurlardan tutmuş, ziyalı, siyasətçi və sənət adamlarına qədər mediaya açıqlama verən hər kəs günahkarı bir ünvanda axtarır.
Mövcud hakimiyyət zamanında Azərbaycanla bacarmayıb deyə müharibə dövründə məsul şəxslər məğlubiyyətə görə cavab verməlidirlər.

Məsələn, keçmiş polis polkovniki, ötən il müxalifəti çevrilişə səsləmiş Sayat Şirinyan müharibə zamanı müdafiə naziri olmuş David Tonoyanın əsas günahkarlardan biri olduğunu söyləyib. Azvision.az xəbər verir ki, o, eks-nazirin hazırda öz kefində olduğunu deyərək Tonoyanın əməllərini ya xəyanət, ya da səhlənkarlıq kimi qiymətləndirib.

"Xalqımızın tənəzzülü 27 sentyabrda başladı"- Qasparyan
-Müharibədən sonra istefa verən keçmiş müdafiə naziri David Tonoyanın unikal bir müsahibəsini oxudum. O, müharibədəki yeganə "səhvinin" ölkənin baş komandanlığı ilə Müdafiə Nazirliyi və "Qarabağın baş qərargahı" arasında üfüqi bir əlaqə qura bilməməsi olduğunu söyləyib. Bunu bilərəkdən etmədiniz ya bacarmadınız?

Bu uğursuzluqlarınızın nə qədər insan həyatının sona çatmasına səbəb olduğunu təsəvvür edirsinizmi? Təsəvvür edirsinizmi ki, bu əlaqənin olmaması nə deməkdir? Belə durumun döyüş meydanında, arxa cəbhədə orduya dəstəkdə hansı xaosun yaratdığını anlayırsınız?

David Tonoyan haradadır? Onun "üfüqi əlaqəsi" insan taleləri ilə oynayarakən, torpaq itkiləri verdiyimiz halda, keçmiş nazir hansı vicdanla firavan həyat sürməyə davam edir? Tonoyan niyə dindirilmədi və hələ də məhkəməyə verilmir? Bütün bunlara yalnız bir cavab var: o, ordumuzu qəsdən və ardıcıl olaraq məğlub edən hazırkı hökumətin ortağıdır.

Tural Tağıyev
Azvision.az

Teqlər:   Ermənistan   Müharibə  







Xəbər lenti