"Zəngəzur dəhlizi bütün bölgə üçün əhəmiyyətli fürsət olacaq" - Ərdoğan

   "Zəngəzur dəhlizi bütün bölgə üçün əhəmiyyətli fürsət olacaq" -    Ərdoğan
  30 Sentyabr 2021    Oxunub:1623
“Zəngəzur dəhlizi bütün bölgə üçün əhəmiyyətli bir fürsət olacaq".
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidən qayıdarkən jurnalistlərə bildirib.

O deyib ki, bu dəhlizdə həyata keçiriləcək avtomobil və dəmir yolu xətləri bütün bölgə ölkələri üçün ticari və iqtisadi imkanlar yaradacaq.

"Azərbaycan bu dəhliz üçün geniş həcmli işlər görür. Təbii ki, Ermənistan tərəfi də öhdəliklərini yerinə yetirməlidir", - Türkiyə lideri vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Zəngəzur-dəhlizi  





Xəbər lenti