"Suverenliyimiz Sovet Ermənistanından daha aşağı səviyyədədir"- İşxanyan

   "Suverenliyimiz Sovet Ermənistanından daha aşağı səviyyədədir"-   İşxanyan
  30 Sentyabr 2021    Oxunub:1705
Ermənistan mətbuatı artıq 3 gündür ki, İkinci Qarabağ müharibəsinin ildönümü ilə bağlı aktiv şəkildə məqalələr dərc edir. Yerli media məğlubiyyətə, hazırkı ağır durumlarına görə günahkarlar axtarır, daha çox hakimiyyətin üstünə gedir.
Azvision.az xəbər verir ki, siyasətçilər, politoloqlar indi məğlubiyyətin günahkarlarını deyil, bundan sonra ölkənin taleyiin necə olacağını araşdırmağı məsləhət bilirlər.

Məsələn, Ermənistan Helsinki Komitəsinin sədri Avetik İşxanyan yerli telekanallardan birinə verdiyi müsahibədə ölkəsinin müstəqilliyinin təhlükə altında olmasından gileylənib. O, qeyd edib ki, keçmiş qondarma qurum-Dağlıq Qarabağdakı separatçı rejim Ermənistanın müstəqilliyinin sütunu və ideoloji əsası imiş.

"Qarabağın 2020 -ci ilin sonlarına qədər mövcud olduğu formada itirilməsi ona gətirib çıxardı ki, indi Ermənistanın suverenliyi Sovet Ermənistanından daha aşağı səviyyədədir"-İşxanyan deyib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Qarabağ  





Xəbər lenti