Telman İsmayılov Monteneqroda saxlanılıb

   Telman İsmayılov Monteneqroda saxlanılıb
  01 Oktyabr 2021    Oxunub:1349
Rusiyanın paytaxtı Moskvada yerləşən Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılov Monteneqroda saxlanılıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Monteneqronun "Viesti" portalı məlumat yayıb.

Bildirilib ki, o, Rusiya tərəfindən verilən order əsasında saxlanılıb.

Qeyd edək ki, Telman İsmayılova qarşı 2017-ci ilin noyabrında iki sahibkarın qətlinin sifarişi ittihamı ilə cinayət işi açılıb. Onun axtarışı İnterpol vasitəsi ilə həyata keçirilib. İş adamı 2018-ci ildə Monteneqro vətəndaşlığı alıb.

Azvision.az


Teqlər:





Xəbər lenti