Zaqatalada meşəbəyinə cinayət işi başlanıb

Zaqatalada meşəbəyinə cinayət işi başlanıb
  06 Oktyabr 2021    Oxunub:1049
Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Əliabad meşəbəyliyinin ərazisində ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş material əsasında rayon Prokurorluğunda araşdırma aparılıb.
Zaqatala rayon Prokurorluğundan Azvision.az -a verilən məlumata görə, araşdırmalarla Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Əliabad meşəbəyliyinin meşəbəyi Fazil Cumayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2021-ci ilin may ayının əvvəllərində xidmət etdiyi xüsusi mühafizə olunan Əliabad meşəbəyliyinin 7 saylı dolayının 16-cı kvartalında yerləşən 11 ədəd müxtəlif növ ağacı meşə gözətçisinin xəbəri olmadan kəsməsi nəticəsində təbiətə 8 min 792 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edildiyindən rayon prokurorluğu tərəfindən Fazil Cumayev barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Azvision.az


Teqlər: Zaqatala  





Xəbər lenti