Prokurorluq orqanlarına qəbulla bağlı test imtahanı keçirilib - FOTOLAR
Müsabiqə ilə bağlı müraciəti qeydə alınmış 406 namizəddən 382 nəfəri imtahanda iştirak edib, onlardan 70 və daha artıq bal toplamış 181 namizəd müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanıb.
Nəticələr Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Baş Prokurorluğun (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) internet saytlarında yerləşdirilib.
İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə kütləvi informasiya vasitələrində və Baş Prokurorluğun internet saytında əlavə məlumat veriləcək.
Azvision.az
Teqlər: Baş-Prokurorluq İmtahan