Bakıda daha bir məktəb distant tədrisə keçdi

 Bakıda daha bir məktəb distant tədrisə keçdi
  19 Oktyabr 2021    Oxunub:703
Bakıda 245 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az -a verilən məlumata görə, 245 nömrəli tam orta məktəbin 12 müəllimi və 5 şagirdinin COVIID-19 infeksiyasına yoluxması təsdiq olunub.

Həmçinin COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 245 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

AzVision.az


Teqlər: Məktəb  





Xəbər lenti