Baş nazir Türkiyənin vitse-prezidentini təbrik edib

Baş nazir Türkiyənin vitse-prezidentini təbrik edib
  28 Oktyabr 2021    Oxunub:1456
Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türkiyənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.
Nazirlər Kabinetindən AzVision.az -a verilən məlumata görə, məktubda Azərbaycan-Türkiyə dostluq və qardaşlığının xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən güc aldığı vurğulanıb.

İki ölkə arasında müxtəlif sahələrdə səmərəli və fəal əməkdaşlığın bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına xidmət edəcəyinə əminlik ifadə olunub.

AzVision.az


Teqlər: Başnazir  





Xəbər lenti