Ermənistan Rusiyaya miqrant axınına görə ilk üçlükdədir

   Ermənistan Rusiyaya miqrant axınına görə ilk üçlükdədir
  29 Oktyabr 2021    Oxunub:1193
Ermənistan bu il Rusiya Federasiyasına miqrant axınına görə ilk üç ölkə arasında yer alır.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Dövlət Statistika Xidmətinin məlumatında vurğulanıb.

Belə ki, 2021-ci ilin yanvar-iyul aylarında Ermənistandan Rusiyaya 20 min miqrant gəlib. 2021-ci ilin sonunda Rusiyaya miqrant axını son 25 ildə rekord həddə - 398 min nəfərə çata bilər. Sonuncu dəfə 1996-cı ildə Ermənistandan bu ölkəyə gedən miqrantların sayı 400 mini keçib.

Qeyd olunub ki, 30 il əvvəl olduğu kimi, indi də Ermənistandan miqrasiya axını daha çox Rusiyaya yönəlib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Rusiya   Miqrant  





Xəbər lenti