"Türkiyə və Azərbaycan bərabər olmağa davam edəcək" - MN

   "Türkiyə və Azərbaycan bərabər olmağa davam edəcək" -    MN
  08 Noyabr 2021    Oxunub:542
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin tvitter səhifəsində paylaşım edilib.

“Bir Vətən Hərəkatı” ilə işğal altında olan torpaqlarını azad edən və türkün gücünü bütün dünyaya nümayiş etdirən Azərbaycan türkü qardaşlarımızın 8 Noyabr - Zəfər gününü qeyd edirik. Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” olaraq bir və bərabər olmağa davam edəcək!", - təbrikdə vurğulanıb.

Pərvanə Sultanova
AzVision.az





Teqlər:





Xəbər lenti