"Sülh, ümid dolu həyat qurmağa kömək etmək istərdik" - Səfir

"Sülh, ümid dolu həyat qurmağa kömək etmək istərdik" -    Səfir
  08 Noyabr 2021    Oxunub:1273
"44 günlük müharibənin başa çatmasının birinci ildönümünü qeyd etdiyimiz bu əlamətdar gündə kişilər, qadınlar və uşaqlar da daxil olmaqla döyüşlərin qurbanlarını yad edirik. Onların xatirəsini anmaq üçün biz sülh, firavanlıq, və ümid dolu bir həyat qurmağa kömək etmək istərdik".
AzVision.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

"Bunun simvolu olaraq biz Gəncə uşaq evinə gəldik və onları istilik sistemi ilə təmin etdik ki, buradakı uşaqlar özləri üçün layiq olduqları parlaq gələcək qurmaq üçün daha yaxşı şəraitə malik olsunlar", - diplomat əlavə edib.


Pərvanə Sultanova
AzVision.az



Teqlər: İsrail-səfir  





Xəbər lenti