Liverpulda taksi sürücüsü terrorun qarşısını alıb

 Liverpulda taksi sürücüsü terrorun qarşısını alıb
  15 Noyabr 2021    Oxunub:786
Britaniyanın Liverpul şəhərində sürücü terrorçu olduğu iddia edilən şəxsi taksidə saxlayaraq güclü partlayışın qarşısını alıb.
AzVision.az xəbər verir ki, bu barədə “Sun” nəşri məlumat yayıb.

Bazar günü səhər saatlarında Mersisayd qraflığının (İngiltərə) polisi Liverpulda qadın xəstəxanası qarşısında avtomobilin partlaması barədə məlumat vermişdi. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, partlayış binaya doğru gedən taksidə qeydə alınıb.

Terrorla mübarizə üzrə polis bölməsi faktı araşdırır. Artıq 21, 26 və 29 yaşlı üç kişi artıq terrorizmlə bağlı qanun çərçivəsində saxlanılıb.

Sürücünün dostu Deyv Perrinin “Daily Mail”ə verdiyi məlumata görə, kamikadzenin ilkin hədəfi Liverpulda anım günü mərasiminə çoxlu insanın toplaşdığı kafedral olub. Lakin yoldakı tıxac terrorçunun fikrini dəyişdirib. Nəticədə cinayətkar sürücüdən qadın xəstəxanasına getməyi xahiş edib.

Qəzet yazır ki, qəhrəman taksi sürücüsü anım günündə törədiləcək partlayışın qarşısını alıb. Belə ki, terrorçu olduğu iddia edilən şəxs avtomobilin qapıları bağlı olduğu üçün nəqliyyat vasitəsindən çıxa bilməyib. Nəticədə partlayıcı qurğu işə düşüb. Ölən şəxs isə terrorçunun özü olub. Taksi sürücüsü isə yüngül yanıq xəsarətləri alıb.

AzVision.az




Teqlər: Liverpul  





Xəbər lenti