Ermənistanda hərbi hissə yaxınlığında partlayış olub

   Ermənistanda hərbi hissə yaxınlığında partlayış olub
  18 Noyabr 2021    Oxunub:807
Ermənistanın Şirak əyalətində hərbi hissə yaxınlığında partlayış olub.
Bu barədə AzVision.az Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir. Məlumata görə, hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı İstintaq Komitəsinin Şirak rayonu üzrə İstintaq Şöbəsində Cinayət Məcəlləsinin qanunsuz silah, döyüş sursatı, partlayıcı maddələr və ya partlayıcı qurğular əldə etmə, satma, saxlama, daşıma və ya gəzdirmə maddəsi ilə cinayət işi başlanıb. M

əlumata görə, cinayət işi çərçivəsində N saylı hərbi hissənin yaxınlığında partlayışın baş verməsi səbəblərini müəyyənləşdirmək üçün tədbirlər görülür. Hadisənin hansı şəraitdə baş verməsi açıqlanmır.

AzVision.az




Teqlər: Ermənistan  





Xəbər lenti