Minimum əmək haqqının əhəmiyyəti artmalıdır – TƏHLİL

   Minimum əmək haqqının əhəmiyyəti artmalıdır –    TƏHLİL
  23 Noyabr 2021    Oxunub:4117
Gələn ildən ölkədə minimum əmək haqqı 50 manat arıtırılaraq, 300 manat olacaq. Minimum əmək haqqı - iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə verilən aylıq ən aşağı əmək haqqı məbləğidir. Ölkədə müqavilə əsasında muzdlu əməyin bütün növlərinə görə əmək haqqları məhz buna əsasən hesablanır.
Minimum əmək haqqının artırılması iqtisadiyyatda həm dövlət, həm özəl sektorlarda aylıq ödənişlərin yüksəlməsinə səbəb olur. Odur ki, gələn il 19 pilləlik Vahid Tarif Cədvəlinə əsasən, bütün maaşlar artırılacaq. Söhbət, əlbəttə, dövlət sektorundan gedir.

İndiyədək müxtəlif illərdə minimum əmək haqqı səviyyəsi bir neçə dəfə artırılıb. 2006-cı ilin oktyabrında 30 manat olan bu göstərici sonrakı illərdə mərhəlili olaraq 11 dəfə artırılmaqla hazırda 2 ildən çoxdur ki, 250 manat səviyyəsindədir. Ölkədə əhalinin sosial müdafiəsini gücləndirmək, gəlirlərini artırmaq baxımdan 2019-cu il xüsusən seçildi və yadda qaldı. Həmin ilin mart və sentyabr aylarında əməkhaqları, pensiya, sosial müavinət və təqaüdlərin artımını nəzərdə tutan 2 sosial paket icra edildi ki, nəticədə minimum əməkhaqqı 130 manatdan 250 manata qalxdı. Və ilk dəfə olaraq nəinki ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu göstəricisinə çatdı, hətta onu keçdi də...

2019-cu ildə həyata keçirilən minimum əmək haqqı artımı dövlət sektorunda çalışan 450 min, özəl sektorda çalışan 150 min, ümumilikdə, 600 min insanın gəlir səviyyəsinə təsir etdi. Həmin dövrdə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayının 1 milyon 534 min nəfərin minimum əmək haqqındakı dəyişliik 40 faizi hissəsinin gəlirinin artmasına səbəb oldu.
Hazırda muzdla çalışan işçilərin sayının 1 milyon 684,9 min nəfər təşkil etdiyi bildirilir ki, onlardan 900 min 600 nəfər, yəni 53 faizi iqtisadiyyatın dövlət sektorunda, 784 min 300 nəfər, yəni bütün işçilərin 47 faizə qədərisə özəl sektorda çalışır.
Demək, növbəti ildə minimum əməkhaqqı artımı təxminən 674 min nəfərin aylıq gəlirlərinə təsir edəcək. Çünki əmək müqavilələrinin bağlanmasına stimullaşdırıcı və həmçinin inzibati tədbirlərin gücləndirilməsi sayəsində ölkə üzrə muzdla çalışan işçilərin sayında artım var.


Müəllifin əvvəlki yazıları:
Dövləti borca salanlar – TƏHLİL
Dövlət rüsumları niyə dəyişdirilir - TƏHLİL
Qarabağ Azərbaycanın iqtisadi gücünə güc qatacaq – TƏHLİL
Əhalinin gəlirlərinin artması üçün islahatlar davam etməlidir – TƏHLİL
Dollara tələb niyə azdır? Müsbət və mənfi məqamlar – TƏHLİL
Neft bahalaşır: Azərbaycan əvvəlki səhvlərini təkrar etməməlidir – TƏHLİL
Avropadakı qaz böhranı Azərbaycanın uzaqgörənliyini təsdiqlədi – TƏHLİL
Əhalinin gəlirləri artırılmalıdır: İmkan da var, zərurət də - TƏHLİL
İnflyasiya necə cilovlanmalıdır, yaxud uçot dərəcəsi niyə “işləmir” – TƏHLİL
Şəriksiz çörək: Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır – TƏHLİL
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL
Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL

Amma məsələ bundadır ki, minimum əmək haqqı məfhumunun özünün əhəmiyyəti artmalıdır. Yuxarıda qeyd etdim ki, 2019-cu ildə 2 sosial paket icra edildi ki, nəticədə minimum əməkhaqqı 130 manatdan 250 manata qalxdı və nəticədə də bu göstərici ilk dəfə olaraq nəinki ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu göstəricisinə çatdı və hətta, onu keçdi. Halbuki, ondan əvvəl neçə illər idi ki, hökumət buna nail ola bilmirdi. Minimum əmək haqqı səviyyəsi yaşayış minimumdan yüksək olmaqla yanaşı, ölkə üzrə 1 nəfərə düşən aylıq minimum istehlak səbətinin dəyərini, həmçinin ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını da təşkil etməlidir.

Müvafiq qanunlara əsasən hər şey məhz bu cür də təsbit edilib. Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma sayılır ki, bu baxımdan, həm sosial yardımların, həm ehtiyac meyarının, həm də dolayısı ilə minimum əmək haqqının formalaşmasına təsir edən əsas amillərdən biri istehlak səbəti sayılır və sayılmalıdır da. Belə olan halda, qanunvericiliyə əsasən, minimum istehlak səbətinə 3 ildən bir baxılması hansı məntiqə əsasən nəzərdə tutulur?

Bundan əlavə, minimum əmək haqqı ölkə üzrə orta aylıq əməkhaqqı səviyyəsindən hədsiz aşağı səviyyədədir. Söhbət, 50 faizdən aşağı rəqəmdən gedir. Halbuki, ölkəmiz 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən minimum əmək haqqı səviyyəsini orta aylıq əmək haqqının 60 faiz hissəsinə çatdırmaq barəsində öhdəlik götürmüş, 2012-ci ildə qəbul edilmiş Azərbaycan 2020: Gələcəyə baxış inkişaf sənədində isə 2020-ci ilə qədər onu orta aylıq əmək haqqının 60 faizinə çatdırmaq barədə hədəf seçmişdi. Hələ biz, median əməkhaqqı və sair məsələləri kənara qoyuruq.

Sözün qısası, ölkədə sözügedən göstərici üzrə mexanizmin təsir və işlək xüsusiyyəti və təsiri artırılmalı, minimum əməkhaqqından heç bir sosial ayırma və vergi tutulmamasına nail olunmalı, ümumiyyətlə, minimal maaşın ölkədə əsas iqtisadi və sosial göstərici olaraq rolu ən önəmil və həlledici xüsusiyyət kəsb etməlidir.

Qaldı, 2022-ci ildə minimal əməkhaqqının 50 manat arırılacağına, bunun inflyasiyaya və istehlak qiymətlərinin artımına təsirinə imkan verilməməlidir. Çünki, bahalaşma davam edir və bunun daha da sürətlənməsi qarşısı alınmalıdır.

Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:
Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb- TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL


Teqlər: Əmək-haqqı  





Xəbər lenti