NATO Rusiyanın qonşularını sakitləşdirir

NATO Rusiyanın qonşularını sakitləşdirir
  01 Aprel 2014    Oxunub:1497
ABŞ-ın `The National Interest` qəzetinin dərc etdiyi məqalədə deyilir ki, vitse-prezident Co Bayden NATO-nun Rusiyanın qonşuluğunda yerləşən müttəfiqlərini sakitləşdirməklə məşğuldur. Moskvanın Krımı ilhaqından sonra onların narahatlığı artıb.
Bayden Rusiyaya xatırladıb ki, NATO-nun bir üzvünə qarşı savaş təşkilatın bütün üzvlərinə qarşı hərbi təcavüz kimi dəyərləndirilir. Vitse-prezident bir-birinin ardınca Polşa və Baltikyanı ölkələrə səfər edib və NATO-nun öz müttəfiqlərini müdafiə edəcəklərini xüsusi vurğulayıb.

`Bu bəyanat isə onu göstərir ki, Ağ Ev strateqləri NATO-nun ilkin məqsədini unudublar. Başlıca məqsəd ABŞ-ın özünün təhlükəsizliyini qorumaqdır. NATO-nun Şərqdəki tərəfdaşlarını qoruması cəhdləri isə ABŞ-ı təhlükəyə atır. «Soyuq savaş» dövründə NATO Qərb dəyərlərinin müdafiəsi kimi sadə strategiyanı qoruyurdu. Bu, Qərbi Avropanı Sovet İttifaqının ekspansionizmdən qoruman üçün və onları öz orbitində saxlamaq üçün yaxşı mexanizm idi. Bu, ABŞ üçün o dövrün şərtləri ilə rasional məqsəd idi. Qərbi Avropanın iqtsiadi və hərbi imkanlarından istifadə edərək NATO Sovet təhlükəsinin irəliləməsini önləməyə çalışırdı. Beləliklə, həm də ABŞ-ı qoruyurdu`,- deyə qəzet yazır.

Məqalədə qeyd olunur ki, ABŞ-ın NATO-ya ehtiyacı Sovet İttifaqı dağılandan sonra itdi. Heç kəs qanunla Rusiyanın Sovet dövlətinin varisi hesab edə bilməz. Özü də ğocalan, əhali sayı durmadan azalan, köhnəlmiş komponentlərlə işləyən Rusiyanın...

Amma vaxtilə, Rusiya dünyanın səkkiz iqtisadi gücündən biri olub. Rusiyanın ənənəvi olaraq, bölgədə maraqları və iddiaları var. Məhz bu, amil kifayət edirdi ki, ABŞ Sovet İttifaqı dağılandan sonra NATO-nu «təqaüdə» göndərməsin və Avropanın təhlükəsizliyi məsələlərini bölgənin böyük dövlətlərinə, sonra isə AB-nin çiyninə yükləməsin. Bunun əvəzinə isə NATO və ABŞ iqtisadi birliyi qorumaq üçün alternativlər axtarırdılar. Sonda onlar təhlükəli olan bir üsulu, Şərqə doğru irəliləmə və Rusiyanın sərhədlərinə yaxınlaşmaq yolunu seçdilər. Bununla da Rusiyanın önündə meydan suladılar.Ekspertlər isə bunu yalnış addım kimi dəyərləndirirlər.

Rusiya son dönəmlərdə yeni bir qüvvə ilə ortaya çıxdı. Vaxtilə Sovet İttifaqı ABŞ-ın Qərbi Avropanı nüvə müharibəsindən qoruyacağına inanmasa da, hər halda Ağ Evlə siçan-pişik oynamağa cürət etmirdi. Bu gün isə Vaşinqtonun balaca Baltikyanı dövlətləri Rusiyadan qoruyacağı barədə bəyanatları heç bir etimad doğurmur. Bu ölkələr ABŞ üçün strateji və iqtsiadi önəm daşımır. Amma tarixi və coğrafi baxımdan Baltikyanı dövlətlər Rusiya üçün böyük əhəmiyyətə malikdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti