Madaqaskarda gəmi qəzası: 17 ölü

   Madaqaskarda gəmi qəzası:    17 ölü
  20 Dekabr 2021    Oxunub:1214
Madaqaskar sahillərində gəminin batması nəticəsində azı 17 nəfər ölüb, 60-a yaxın adam itkin düşüb.
AzVision.az xəbər verir ki, bu barədə “Agence France-Presse” yerli Dəniz və Çay Administrasiyasına (APMF) istinadən məlumat yayıb.

Sərnişin daşımaq üçün lisenziyası olmayan taxta gəminin mühərriki sıradan çıxıb və mərcan rifinə çırpılıb. Qeyd olunub ki, gəmidə 130 sərnişin olub, onlardan 45-i xilas edilib. Axtarış əməliyyatları davam edir.

AzVision.az


Teqlər: Gəmi   Qəza  





Xəbər lenti