Daha 368 nəfər COVID-19-a yoluxub, 10 nəfər vəfat edib

   Daha 368 nəfər COVID-19-a yoluxub,    10 nəfər vəfat edib
  02 Yanvar 2022    Oxunub:638
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 368 yeni yoluxma faktı qeydə alınıb, 918 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az - a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 617 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 601 069 nəfər müalicə olunaraq sağalıb, 8 375 nəfər vəfat edib. 8 235 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 435, bu günə qədər isə ümumilikdə 5 876 764 test icra olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti