Sülhməramlıların komandanı Serdyukov kimdir- DOSYE

   Sülhməramlıların komandanı Serdyukov kimdir-   DOSYE
  07 Yanvar 2022    Oxunub:2024
Bu gün Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)sülhməramlı qüvvələrinin fəaliyyətinə rəhbərlik edəcək şəxsin adı məlum olub. Qazaxıstandakı hərbi kontingenti Rusiya Hava Desant Qüvvələrinin komandanı general-polkovnik Andrey Serdyukov idarə edəcək.
AzVision.az Serdyukovun tərcümeyi-halından bəzi məqamları təqdim edir.

Qazaxıstandakı KTMT kontingentinə rəhbər təyin olunub
Serdyukov Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini (1983-cü il), M.V. Frunze adına Hərbi Akademiyasını (1993-cü il) və Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını (2009) bitirib.

O, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını qızıl medalla bitirdikdən sonra Uzaq Şərq Hərbi Dairəsinin 5-ci Ordusunun komandirinin müavini vəzifəsində çalışıb. 2011-ci ildən - Şərq Hərbi Dairəsinin 5-ci Ordusunun komandanı olub.

Serdyukov 2013-cü ildə Cənub Hərbi Dairəsi komandirinin müavini həmin ilin oktyabrından isə - Baş Qərargah rəisi - Cənub Hərbi Dairəsi komandanının birinci müavini çalışıb.

O, Çeçenistanda konstitusiya quruluşunun bərpası üzrə birinci və ikinci əməliyyatlarda iştirak edib. Sedryukov həmçinin keçmiş Yuqoslaviyada keçirilən “Priştinaya yürüş”nün, eləcə də 2014-cü ilin yazında Krımda keçirilən referendumun təhlükəsizliyinin təmin edilməsi əməliyyatlarının iştirakçısı olub. Bundan başqa general 2019-cu ilin aprel-sentyabr aylarında Rusiyanı Suriyadakı kontingentinə komandanlıq edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Sülhməramlı   Qazaxıstan  





Xəbər lenti