"Sülhməramlılar məhdud müddətdə Qazaxıstanda olacaq" - Putin

   "Sülhməramlılar məhdud müddətdə Qazaxıstanda olacaq" -    Putin
  10 Yanvar 2022    Oxunub:852
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti Qazaxıstanda məhdud müddət ərzində qalacaq”.
AzVision.az xəbər verir ki, bu barədə Ruisya prezidenti Vladimir Putin KTMT liderlərinin videokonfrans formatında iclasında deyib.

Onun sözlərinə görə, kontingent öz funksiyalarını yerinə yetirdikdən sonra respublikadan çıxarılacaq.

“Rusiya başa düşür ki, Qazaxıstan üçün təhlükə kortəbii etirazlarla deyil, silaha sarılanlardan yaranıb. Biz başa düşürük ki, Qazaxıstan dövlətçiliyi üçün yaranmış təhlükə yanacağın qiymətləri ilə bağlı kortəbii etiraz aksiyaları ilə deyil, dağıdıcı daxili və xarici qüvvələrin vəziyyətdən sui-istifadə etməsi ilə bağlıdır”, - Rusiya lideri bildirib.

Onun sözlərinə görə, Qazaxıstan beynəlxalq terrorla üzləşib: "Qazaxıstanda "Maydan"dan məlum olan iğtişaşlara güclü informasiya dəstəyi texnologiyalarından istifadə edilib".

Putin iğtişaşlar zamanı Qazaxıstanın təcavüzə məruz qalması ilə bağlı deyilənlərlə tam razı olduğunu söyləyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Putin   KTMT   Qazaxıstan  





Xəbər lenti