Trampdan nüvə müharibəsi xəbərdarlığı
Jurnalistin "Ukraynada baş verənlər nüvə müharibəsi ilə nəticələnə bilərmi? Sadə amerikalılar həqiqətən də bundan qorxurlar" sualına Tramp belə cavab verib:
.
"Bəli. Və onlar doğrudan da qorxmalıdırlar. Çünki ölkəmizi səriştəsiz insanlar idarə edir, açıq desək, onlar saxta seçkilər nəticəsində hakimiyyətə gəliblər. Təhlükə ciddidir.
Dünyada vəziyyət heç vaxt indiki qədər təhlükəli olmayıb. Obama və Baydenin səriştəsizliyi Rusiyanı Çinlə yaxınlaşmağa məcbur etdi. Yadınızdadırsa, əvvəllər hamının tez-tez təkrarladığı bir fikir var idi ki, heç bir halda Rusiya ilə Çinin yaxınlaşmasına imkan vermək olmaz.
Onları bir-birinin qucağına atmaq olmazdı, amma elə belə oldu. Rusiya ilə Çin yaxınlaşdı. İndi İran da bu qrupa qoşulub. Bütün bunlar çox təhlükəlidir. Ölümcül təhlükəli!".
AzVision.az
Teqlər: Tramp