Sadə dronlarla rusların başına mərmi yağdırdılar - VİDEO |
"Ukrayna Strateji Kommunikasiyalar Mərkəzi hücumun knyaz Konstantin Ostroqskinin adını daşıyan 30-cu Mexanikləşdirilmiş Briqadanın üzvləri tərəfindən həyata keçirildiyini bəyan edib. Kadrlardan da aydın şəkildə görünür ki, binalara, səngərlərə və zirehli maşınlara bomba "yağışı" yağarkən rus əsgərləri qaçıb gizlənməyə yer tapmırlar. Onların ayaq basdıqları hər yer hədəfə çevrilir. Kremlin hələ də "xüsusi hərbi əməliyyat" adlandırdığı bu işğal Rusiya qoşunları üçün cəhənnəm yoluna çevrilir... Bu gün müharibənin 91-ci günüdür", - xarici KİV yazıb.
"The Sun" nəşri də məlum videonu yayaraq ukraynalı artilleriyaçıların məharətlərini öyüb.
Tural Tağıyev
AzVision.az