Kiyev meri vəzifəsi uğrunda mübarizə qızışır

Kiyev meri vəzifəsi uğrunda mübarizə qızışır
  21 Aprel 2014    Oxunub:1153
Bu gündən namizədlərin qeydiyyatı başlayır.
Ukraynanın paytaxtı Kiyevdə şəhər meri vəzifəsinə namizədlərin qeydə alınması prosesi başlayıb. Bu vəzifə uğrunda 30 nəfərin mübarizə aparacağı gözlənilir. Mer seçkilərinin may ayının 25-də, Ukraynada prezident seçkiləri ilə birgə keçirilməsi planlaşdırılır.

Bu arada, bu gün ABŞ vitse-prezidenti Co Baydenin Kiyevə səfər edəcəyi gözlənilir. O, Ukrayna iqtisadiyyatının sabitləşməsi və möhkəmlənməsi məsələlərini müzakirə edəcək. Baydenin danışıqlar zamanı Ukraynanın şərqindəki vəziyyəti də müzakirə edəcəyi gözlənilir.

Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti